Onlara bildirirəm ki, bu, zənglə həll olunası məsələ deyil” – Məmməd Abbasbəyli

“Bizim məqsədimiz sahibkarlar üçün bərabər imkanlar yaratmaqdır. Bərabər imkanı yaradırıqsa, sahibkar da müəyyən addımlar atmalıdır”.

“Korrupsiya az” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.

O bildirib ki, rəqəmsallaşdırılandan sonra heç bir sahibkar şikayət edə bilməz ki, mənə iştirak imkanı vermədilər.

“Sahibkarın məsuliyyəti olsun, cəsarəti çatsın ki, öz hüququnu qorumağa hazır olsun. Bəzən mənə dostlarım zəng edir ki, filan problemi həll et. Mən onlara bildirirəm ki, bu, zənglə həll olunası məsələ deyil və deyirəm ki, məktub yazsınlar. Mən hər kəsə bildirirəm ki, hüququn pozulubsa, bunu rəsmi şəkildə həll etməlisən. Məktub yaza bilərsən ki, şikayətinə baxılsın. Amma cavabında deyir ki, məktub göndərmək istəmirəm”.

Paylaş