Xəbər verildiyi kimi, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə daxili xidmət polkovniki Qaraşov Seymur Taleh oğlu Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad olunub.

“Korrupsiya az”ın əldə etdiyi məlumata görə, nazirin müvafiq əmri ilə S.Qaraşov nazirliyin daxili təhqiqat baş idarəsinə rəis müavini təyin olunub.

Qeyd edək ki, S.Qaraşov Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.

Paylaş