“Vaqner” özəl hərbi qrupunun rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini Ukraynadakı müharibənin gedişi ilə bağlı vətəndaşlara yalan danışmaqda ittiham edib.
“Korrupsiya az” xəbər verir ki, iş adamı rus qoşunlarında kifayət qədər sursatın olmadığını açıqlayıb.
“Moskva Krım yarımadasını itirə bilər. Böyük ərazilər düşmənə verilib və bütün bunlar xalqdan gizlədilib. Bir gün Rusiya ayılacaq və Krımın da Ukraynaya verildiyini görəcək”, – deyə Priqojin bildirib.