Rusiyanın Volqoqrad vilayətində politoloq, Traktorozavodski rayonunun administrasiyasının eks-rəhbəri və Volqoqrad Şəhər Dumasının deputatı olmuş Mixail Serenko saxlanılıb.

“Korrupsiya” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bildirilir ki, ötən gecə altı silahlı şəxs və bir müstəntiq Serenkonun həyat yoldaşı və qızı ilə yaşadığı mənzilə soxulublar. Serenko nəzarətə götürülüb.

Məlumata görə, eks-deputat “Vaqner” PMC ilə əməkdaşlıqda şübhəli bilinərək saxlanılıb.

Paylaş