Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Dauren Abayevi Qazaxıstanın Rusiyadakı yeni səfiri təyin edib.

“Korrupsiya az” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, Dauren Abayev Müstəqil Dövlətlər Birliyinin keçmiş baş katibinin müavini və keçmiş mədəniyyət naziri olub.

Bundan əvvəl, iyunun 16-da Kasım-Jomart Tokayev Yermek Koşerbayevi Qazaxıstanın Rusiyadakı səfiri vəzifəsindən azad edərək, Şərqi Qazaxıstan vilayətinin administrasiyasının rəhbəri təyin edib.

Paylaş