Avropa İttifaqı Ermənistana müdafiə qabiliyyətini artırmaq üçün sülh fondundan hərbi yardım göstərməkdən imtina edib.

“korrupsiya” erməni mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Varşavada Polşa Prezidenti Andjey Duda ilə görüşü zamanı bundan gileylənib.

“Avropa İttifaqı bu mexanizm vasitəsilə Ukrayna, Moldova və Gürcüstana yardım edir. Təəssüf ki, Ermənistan və Azərbaycan arasında münasibətləri yaxşılaşdırmaq üçün Aİ-nin vasitəçilik səylərini, həmçinin münaqişə həssaslığı məsələsini əsas gətirərək Ermənistanın tələbi rədd edildi. Bir daha demək istəyirəm ki, biz müdafiə qabiliyyətini artırmaq üçün texniki dəstəkdən danışırıq”, – deyə Simonyan bildirib.

Paylaş