İsmayıllı rayonunda intihar hadisəsi olub.

“Korrupsiya.az”ın məlumatına görə, bu gün saat 11:30 radələrində İsmayıllı rayonunun Zərnava kənd sakini, 18 yaşlı Baxışov Elman Durasan oğlu bibisigilə qonaq gedib, evin zirzəmisindən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Paylaş