Ukrayna Prezidenti Vladimir Zelenski Bolqarıstana səfər edib.
“Korrupsiya az” xəbər verir ki bu barədə Ukrayna Prezidenti “Twitter”də bildirib.
“Sofiyadayam. Bolqarıstan Baş nazir Nikolay Denkovla əsaslı danışıqlar aparacağam, Prezident Rumen Radev, hökumət rəsmiləri, parlamentarilər, siyasətçilər və jurnalistlərlə görüşəcəyəm. Müdafiə dəstəyi, Ukraynanın Avro-Atlantik məkana inteqrasiyası, NATO Sammiti, təhlükəsizlik zəmanətləri və Sülh Formulasının həyata keçirilməsini müzakirə edəcəyəm”, – o bildirib.