Baş Prokurorluqda qanunsuz heyvan və balıq ovu ilə əlaqədar 7 cinayət işi və 149 inzibati xəta haqqında iş üzrə icraata başlanılıb.

“Korrupsiya” xəbər verir ki, bunu iyulun 7-də keçirilən mətbuat konfransında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev deyib.

İdarə rəisi, həmçinin bildirib ki, əvvəlki dövrdə başlanmış cinayət işlərinin qabaqlayıcı təsiri ötən ilin yarımilliyində bu sahədə hüquqpozmaların sayına müsbət təsir göstərib

Paylaş