Goranboyda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “korrupsiya”a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə rayonun Borsunlu kənd sakini müraciət edərək ona məxsus 5 baş xırda buynuzlu mal-qaranın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus ümumi dəyəri 1500 manat olan xırda buynuzlu mal-qaranı oğurlamaqda şübhəli bilinən, rayonun Borsunlu kənd sakini, əvvəllər məhkum olunmuş Xəqani Ələkbərov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib, faktla bağlı araşdırmalar davam etdirilir

Paylaş