Polşa baş nazirinin müavini, hakim Hüquq və Ədalət partiyasının lideri Yaroslav Kaçinski payıza təyin edilmiş parlament seçkilərindən sonra hökumətdə işini davam etdirmək niyyətində deyil.
“korrupsiya” xəbər verir ki, bu barədə o, “Super Express” qəzetinə müsahibəsində deyib.
“Seçkilərdən sonra hökumətdə işləməyə davam etmək fikrim yoxdur”, – siyasətçi bildirib.
Kaçinski onu da bildirib ki, partiyasının seçkilərdə qalib gələcəyi təqdirdə baş nazir postunu tutmağı planlaşdırmır: “Mən baş nazir olmaq istəmirəm”.
Kaçinski iyunun 21-də baş nazirin müavini vəzifəsinin icrasına başlayaraq Polşa hökumətinə qayıdıb.
Polşada növbəti parlament seçkiləri payızda keçiriləcək, lakin seçkinin dəqiq tarixi hələ müəyyən edilməyib.