Türkiyə yenidən güclü zəlzələnin fəsadlarından əziyyət çəkə bilər.
“korrupsiya.az” xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə müsahibəsində seysmoloq Haluk Eyidoğan bildirib.
Seysmoloqun fikrincə, İstanbulda ən azı 7 bal gücündə təkanlar baş verə bilər və bunun bütün ölkə üçün fəlakətli nəticələri ola bilər.
Onun sözlərinə görə, seysmik aktiv Şimali Anadolu tektonik qollarından biri məhz Mərmərə dənizinin sahillərindən keçir və Türkiyənin böyük metropolisi İstanbula təhlükəli dərəcədə yaxındır.
Ona görə də nə vaxtsa şəhərdə maqnitudası 7 bal və daha yüksək olan zəlzələnin baş verə biləcəyi istisna deyil.
Eyidoğanın fikrincə, zəlzələ dağıdıcı gücdə sunamiyə səbəb ola bilər və bunun nəticəsində İstanbulun bir neçə rayonunu su basacaq.
Mütəxəssis qeyd edib ki, bəzi ərazilərdə bir kilometr yarıma qədər daxili ərazinin su altında qala biləcəyindən söhbət gedir.