Bakıda qadın bıçaqlanıb, əri şübhəli bilinir.

“Korrupsiya az” xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, Pərvin Abdurahimov onunla eyni ünvanda kirayədə yaşayan arvadı R.Abdurahimovaya ailə münaqişəsi zəminində bıçaqla bədən xəsarəti yetirib. Daha sonra qadın Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Paylaş