Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycanla kapitalı 500 milyon dollar olan birgə investisiya fondunun yaradılması haqqında hökumətlərarası sazişi təsdiqləyib.

“Korrupsiya az” xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı məlumat yayıb.

Saziş 2023-cü il fevralın 24-də Daşkənddə iki ölkənin regionlararası forumu çərçivəsində imzalanıb.

Qeyd edək ki, sözügedən sazişi Azərbaycan prezidenti İlham Əliyev may ayında təsdiqləyib.

Fondun kapitalında Azərbaycanın payı 75%, Özbəkistanın payı 25% təşkil edəcək.

Paylaş