Türkiyədə güclü zəlzələ oldu Türkiyənin Adana şəhərində 5,5 bal gücündə zəlzələ baş verib.

“Korrupsiya az” xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.

Təbiət hadisəsi Adananın Kozan rayonunda qeydə alınıb.

Episentri yerin 11,27 km dərinliyində olan zəlzələ, Osmaniyə və Kahramanmaraş şəhərlərində də hiss olunub.

Dağıntılar haqqında məlumat verilməyib.

Paylaş