2023-cü ilin birinci yarımilində prokurorluq, daxili işlər, dövlət təhlükəsizliyi və penitensiar xidmət orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış 4 qəsdən adam öldürmə cinayətin üstünün açılması təmin edilib.

“Korrupsiya az” xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev 2023-cü ilin birinci yarımilində prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclasında deyib.

O bildirib ki, qeyri-aşkar şəraitdə törədilmiş 20 qəsdən adam öldürmə cinayətinin isti izlərlə açılması təmin edilib.

Paylaş