Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) Rusiyanın Bryansk vilayətinin Trubçevski rayonundakı Daxili İşlər Nazirliyinin binasına hücum edib.
“Korrupsiya” xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Boqomaz bildirib.
Onun sözlərinə görə, hücum nəticəsində xəsarət alan olmayıb, binaya ziyan dəyib: PUA rayon polis şöbəsinin binasının üzərinə atılıb. Ölən və yaralananlar olmayıb. Damda və pəncərələrdə zədələr var. Hazırda əməliyyat xidmətləri hadisə yerindədir”.