Bu barədə “korrupsiya.az”a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Xaçmaz rayonunun Nabran kəndində istirahət mərkəzinin ərazisində bir dam altında tikilən, ümumi sahəsi 100 m² olan birmərtəbəli, müxtəlif təyinatlı tikilinin (mətbəx, ofis və çamaşırxana kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş