Minik avtomobili ilə motosiklet toqquşub, bir nəfər dünyasını dəyişib.

“Korrupsiya” xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki rayonunun Kiçik Dəhnə kəndi ərazisindən keçən hissəsində baş verib. Bərdə şəhər sakini Xəqani Əkbərovun idarə etdiyi “Hyundai” markalı avtomobillə Suçma kənd sakini, 1987-ci il təvəllüdlü Vasif Mənəfovun idarə etdiyi motosiklet toqquşub. Hadisə nəticəsində V.Mənəfov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Paylaş