Vaşinqton məhkəməsi 2020-ci ildə keçirilən seçkilərə müdaxilə və Kapitoliyə basqın edilməsi ilə bağlı ABŞ-ın keçmiş prezidenti Donald Trampı həbs etməmək qərarına gəlib.
“korrupsiya.az” xarici mediaya istinadən xəbər verir ki, prokurorluq Ağ Evin keçmiş rəhbərindən məhkəmə çağırışlarına vaxtında gəlmək və qanunlara riayət etmək öhdəliyini tələb edib. Tramo irəli sürülən şərtlərlə razılaşıb. O, həmçinin, ittiham olunduğu cinayətlərdə özünü təqsirli bilməyib. Tramp hadisəni siyasi təqib kimi qiymətləndirib və həmin günü “Amerika üçün kədərli gün” elan edib.
Növbəti məhkəmə iclası avqustun 28-nə təyin edilib.