Rusiya diplomatları sentyabrda konsulluğun açılması məsələsi ilə bağlı Ermənistanın Qafan şəhərinə gələcəklər.

“Korrupsiya.az” xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.

“Biz Zəngəzur vilayətinin Qafan şəhərində Rusiya Baş Konsulluğunun genişmiqyaslı açılışına fəal şəkildə hazırlaşırıq. Bu təşəbbüs mayın 25-də Moskvada keçirilən görüşdə liderlərimiz tərəfindən bəyənilib. Artıq sentyabr ayında Rusiya diplomatları bölgəyə səfər edəcəklər və onlar əməliyyat məsələləri ilə birbaşa məşğul olacaqlar” – Qonçar deyib.

Paylaş