Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqusta planlaşdırılan görüşdə rusiyalı həmkarı Vladimir Putinə Ukrayna üzrə sülh danışıqlarının bərpası və atəşkəs üçün vasitəçilik təklif edə bilər.
“Korrupsiya.az” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Türkiyə prezidenti Ərdoğan münaqişənin həllində vasitəçiliyini təklif edəcək, müharibədə qaliblərin, sülh prosesində isə uduzanların olmayacağı tezisini təkrarlayacaq. Ankara davamlı atəşkəsə nail olmağı dəfələrlə müdafiə edib”, – mıkumatda deyilir.