Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yevlax şəhəri, N.Nərimanov küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

“Korrupsiya.az” xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində “VAZ-2106” markalı minik avtomobilinin mühərrik bölməsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik bölməsində detallar yanıb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Paylaş