Binəqədi Rayon Məhkəməsində əzab vermədə təqsirləndirilən Nihat Əhmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi Nihat Əhmədovun şikayətini təmin etməyib.

İttihama görə, Nihat Əhmədov zərərçəkmiş Zəminə Alıyeva (şərti) ilə 2010-cu il tarixdən qeyri-rəsmi nikahda yaşayıb. O, qadının dəfələrlə mobil telefonla kənar şəxslə danışaraq həmin şəxsin kimliyini ondan gizlətdiyini əsas gətirib. Belə ki, Nihat Əhmədov 29 avqust 2022-ci il tarixdə, saat 13 radələrində yaşadıqları ünvanda Zəminəyə əl və ayaq zərbələri, taxta parçası ilə vurub. Bundan başqa, o, həmin il qadını bir neçə dəfə döyərək ona əzab verib. Nihat Əhmədov barəsində Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə ittiham irəli sürülüb.

Paylaş