Lənkəran Ağır Cinayətlər Məhkəməsində Ağcabədidə qətl törətməkdə təqsirləndirilən Bayram Xudaverdiyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Korrupsiya ın əldə etdiyi məlumata görə, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hsab edilib və o, cinayət məsuliyyətindən azad olunub. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. Qərarın icrası Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.

Qeyd: Qətl hadisəsi ötən ilin yayında Ağcabədinin Aran kəndində qeydə alınıb. Həmin kənddə müvəqqəti məskunlaşan Laçın rayonundan olan 30 yaşlı Lamiyə Abdullayevi qardaşı, 26 yaşlı Bayram Xudaverdiyev öldürüb. Hadisənin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı baş verdiyi bildirilir. Xudaverdiyevlər ailəsi iddia edir ki, hadisəyə səbəb qadının həyat yoldaşının ailə üzvləri olub. Onlar bu barədə hüquq mühafizə orqanlarına məlumat veriblər. Məlumata görə, qardaşı tərəfindən qətlə yetirilən qadın ailəli olub. Onun iki azyaşlı övladı var. Bayram Xudaverdiyev könülü olaraq polisə təslim olub. Faktla bağlı cinayət işi başlanıb. İttihama görə, qardaş bacısını nanus üstündə öldürüb. Belə ki, qadının başqa bir kişi ilə danışırmış. Bu barədə səs yazısı olub.

Paylaş