Ağdam rayon sakini Balakəndə bədbəxt hadisə nəticəsində ölüb.

“Korrupsiya.az” xəbər verir ki, hadisə ötən gün Balakən şəhəri ərazisində baş verib. 1980-cı il təvəllüdlü Ağdam rayon sakini Teymur Rəhim oğlu Quliyev binada təmir işləri aparan zaman ehtiyatsızlıqdan yıxılıb. Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan T. Quliyev hadisə yerində ölüb.

Fakta bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş