Hacıqabulda kütləvi zəhərlənmə baş verib.

“Korrupsiya.az” report-a istinadən xəbər verir ki, hadisə ötən axşam rayonun istirahət mərkəzlərindən birində qeydə alınıb.

Belə ki, rayonda istirahət mərkəzlərinin birindən paytaxta qayıdan zaman Bakı şəhər sakinləri, 2010-cu il təvəllüdlü Məmmədli Soltanəli Rövşən oğlu, 1987-ci il təvəllüdlü Adıgözəlova Fidan Rauf qızı, 1952-ci il təvəllüdlü Soltanova Sidiqə Məmməd qızı, 1994-cü il təvəllüdlü Süleymanova Pikəxanım Hafiz qızı, Süleymanova Nuranə Hüseyn qızı, 1973-cü il təvəllüdlü Əliyeva Afaq Soltanəli qızı, 2017-ci il təvəllüdlü Süleymanov Məhəmməd İlkin oğlunun halı pisləşib.

Həmin şəxslər dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır

Paylaş