Dağıstanın rəhbəri Sergey Melikov Mahaçqaladakı “Nafta 24” yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insanların həlak olması ilə əlaqədar avqustun 15-i regionda matəm günü elan edib.

“korrupsiya.az” xəbər verir ki, bu barədə vilayət rəhbərinin Teleqram kanalında bildirilib.

Bütün respublika ərazisində dövlət bayraqları yarıya endiriləcək. Hökumət, həmçinin mədəniyyət müəssisələrini və telekanalları əyləncəli tədbirləri və proqramları ləğv etməyə çağırıb.

Rəsmi məlumatlara görə, hadisə nəticəsində 102 nəfər xəsarət alıb, onlardan 27-si dünyasını dəyişib.

Paylaş