Ermənistanın Tavuş vilayətində İcevan-Açacur avtobusunda telefonla türkcə danışan şəxs tutulub.

“Korrupsiya.az” erməni KİV-lərinə istinadən xəbər verir ki, sərnişinlər sürücüdən avtobusu saxlamağı tələb edib və polisə müraciət ediblər.

Onlar şübhəli şəxsin azərbaycanlı olduğunu düşünüblər, lakin polis onun azərbaycanlı deyil, Türkiyə vətəndaşı olduğunu müəyyən edib: “O, Türkiyədən idi, polislər gəlib şöbəyə apardılar”.

Avtobusun sürücüsü qeyd edib ki, türkcə sözlər eşidən sərnişinlər qorxaraq qışqırmağa başlayıblar.

Paylaş