Türkiyənin Bursa şəhərindəki mebel fabrikində güclü partlayış baş verib.

“Korrupsiya.az” xəbər verir ki, fabrikin elektrik stansiyasında qeydə alınan partlayışdan sonra yanğın başlayıb.

Əraziyə çox sayda xilasedici, təcili yardım və polis qrupları göndərilib. Yanğın söndürülüb.

Hadisə zamanı ölən və ya yaralanan olmayıb, fabrikə ciddi ziyan dəyib.

Paylaş