Gəncədə yol qəzası olub.

“Azdın.az”ın məlumatına görə, Göygöl rayon sakini, 1998-ci il təvəllüdlü R. Cəfərov idarə etdiyi VAZ 2107 markalı ilə Gəncə şəhərində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobil aşırıb.

Nəticədə avtomobildə olan sərnişin, 2002-ci il təvəllüdlü Gəncə şəhər sakini Teymur Bayramov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş