Rusiyanın ən böyük qatil qruplarından birinin lideri, “Cako” kimi tanınan Aslan Qaqiyevə ömürlük həbs cəzası istənilib.

“Korrupsiya az” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Cənub Hərbi Məhkəməsində keçirilən məhkəmə işində prokurorlar cinayətkar qrupun liderinə ömürlük həbs cəzası istəyiblər.

Onun barəsində xüsusi rejimli islah koloniyasına göndərilməsi ilə bağlı həbs-qətimkan tədbirinin seçilməsi də təklif edilib.

Qeyd edək ki, Gürcüstan əsilli Qaqiyev 2004-2013-cü illərdə Şimali Osetiyada fəaliyyət göstərən mütəşəkkil cinayətkar qrupunun lideri olub. O, 2013-cü ildə Vladiqafqaz Sənaye Dairəsinin prokurorunun müavini də daxil olmaqla altı nəfərin həyatına son qoymaqda ittiham olunur.

Paylaş