Gəncədə arvadını xuliqanlıq niyyəti ilə öldürməyə cəhddə təqsirləndirilən Zaur Süleymanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsimə göndərilib. Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib. Məhkəmənin növbəti iclası sentyabrın 8-nə təyin edilib.

Qeyd: Hadisə 2022-ci il dekabrın 14-ü saat 08:30 radələrində Gəncə şəhərində qeydə alınıb. Belə ki, şəhər sakini, 1978-ci il təvəllüdlü Süleymanov Zaur Hidayət oğlu arvadı, 1980-ci il təvəllüdlü Süleymanova Aytən Məmməd qızına yaşadıqları evdə mübahisə zəminində bıçaqla çoxsaylı xəsarətlər yetirib. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, Zaur Süleymanov tutulub. İstintaq dövründə onun ittihamı ağırlaşdırılaraq, barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Paylaş