Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nügədi kəndi ərazisində qeydə alınıb. “Hyundai” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək körpüdən aşıb. Qəza nəticəsində maşında olan bir nəfər qadın dünyasını dəyişib, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş