Bakının Nizami rayonunda bir nəfəri avtomobil vurub.

Korrupsiya.az xəbər verir ki, hadisə metronun “Neftçilər” stansiyasının yaxınlığında qeydə alınıb.

2001-ci il təvəllüdlü Alsu Məmməd qızı Qaraxanova yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.

Paylaş