Bakının Nizami rayonunda 38 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“korrupsiya.az” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Bəxtiyar Məmmədov xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş