Bu gün gecə saatlarında İsmayıllı rayon sakini 1996-cı il təvəllüdlü Pünhan Şirinovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.

DİN Şəki regional qrupundan “korrupsiya.az”a verilən məlumata əsasən, keçirilmiş tədbirlər nəticəsində P.Şirinova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.

Müəyyən edilib ki, P.Şirinov və 2007-ci il təvəllüdlü həmin yeniyetmə İsmayıllı şəhərində kafedə olarkən aralarında hesab vermək üstündə mübahisə yaranıb və 16 yaşlı Y.Ş. qarşı tərəfə bıçaqla xəsarət yetirib.

Müvafiq ekspertiza təyin olunub və faktla bağlı araşdırma aparılır.

Paylaş