Bakı Kommersiya Məhkəməsində “Universal PRO” QSC-nin “Tekiz İnşaat Taahüt” MMC-yə qarşı iddiasına baxılıb.
Korrupsiya.az-ın əldə etdiyi məlumata görə, hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, iddia qismən təmin edilib.
Qeyd: “Universal PRO” QSC “Tekiz İnşaat Taahüt” MMC-ni məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
Xatırlatma: Məlumata görə, “Universal PRO” QSC ötən ay Bakı Dövlət Universitetinin (BDU) keçirdiyi tender müsabiqəsinin qalibi olub. BDU İKT və laboratoriya avadanlıqlarının, uyğun reagentlərin satın alınmasına görə, “Universal PRO” QSC-yə 12 milyon 397 min 352 manat 69 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 2 min manat olan “Universal PRO” QSC 2016-cı ildən fəaliyyət göstərir. Hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 152B, m-də yerləşən MMC-nin qanuni təmsilçisi Bayramov Elşən Məhəmməd oğludur.