Ali Məhkəmədə Ağstafada qətl törətməkdə təqsirləndirilən Əli Əsgərovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Korrupsiya ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə 14 dekabr 2021-ci il tarixdə saat 20 radələrində Ağstafa rayonunun Köçüəsgər kəndində qeydə alınıb. Belə ki, 2001-ci il təvəllüdlü Vəlizadə Çingiz Aslan oğluna yaşadığı evin önündə 1998-ci il təvəllüdlü Əsgərov Əli Mübariz oğlu ürək nahiyəsindən bıçaq zərbəsi endirib. O, hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və Əli Əsgərov saxlanılıb. Çingiz Vəlizadə Əli Əsgərovun dayısı oğludur.

Paylaş