Bu gün saat bir radələrində Azərbaycan Dəmir Yollarına (ADY) məxsus xidmət sahəsi olan Goran Dartı Yarımstansiyasının I bölməsində yanğın baş verib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə briqadalarının köməyi ilə yanğın saat 02:30-da söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Qısa zaman ərzində yaxınlıqda yerləşən digər Dartı Yarım Stansiyalarından sözügedən mənzilə fasiləsiz elektrik enerjisinin verilməsi tam təmin olunub. Hazırda qatarlar qrafik üzrə hərəkət edirlər. Hadisənin başvermə səbəbi aidiyyəti üzrə araşdırılır.

Paylaş