Yaponiya sahillərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Qeyd olunur ki, zəlzələnin episentri 50 min insanın yaşadığı Tateyama şəhərindən 483,7 kilometr cənub-şərqdə yerləşib.
Zəlzələ ocağı yerin 12,7 km dərinliyində yerləşib.
Sunami təhlükəsi barədə məlumat verilməyib.