Qarbağda Antiterror Tədbirindən sonra qərbin töküntüləri boşboğazlıq etməkdən savayı heçnə edə bilmədiklərini dərk etmədən, uzun-uzadı çərənləyirlər. Azərbaycanın qələbəsini Rusiyanın adına yazdırmaq cəhdi, əslində Moskvanın xeyrinə işləməkdir.

Beləki, cəmiyyətdə rusa olan nifrətimiz 20 yanvar, Xocalı qətliamları ilə yanaşı torpaqlarımızı işğal edərək erməni separatçılarına hədiyyə etməsi idi. Bu qoca, boşboğaz, komsomol müxaliflər özlərini demokrat göstərərək Rusiyanı təbliğ etməklə məşğuldur.

Axmaqlar başa düşsəydi, onda AXCP olmazdı. Əli Kərimlinin xoşbəxtliyi ondadır ki, Fuad Qəhrəmanlı, Seymur Həzi, Tofiq Yaqublu tipli boşboğaz qəhrəmanları var. Bunlar palaz-palaz yazılar yazaraq xalqın qələbəsini Putinə bəxşiş edirlər.

Ay boşboğazlar, burnunuzun ucunu görsəniz, siyasətlə məşğul olmazsınız. YAP hökumətinin uğuru sizin müxalifətdə olmağınızdır. “Axmaqlıq iki cür olur: susqun və boşboğaz” Onore de Balzak.

İdeal heçnə yoxdur. Əşyasından tutmuş məmuruna kimi, bizlər də hansısa məmurun fəaliyyətində nöqsanlar görüb, onu açıq şəkildə tənqid etməyi bacarırıq. Amma elə dəyərlər var ki, ona toxunmaq olmaz. Vətən, Dövlət sevgisini yaşamaq və yaşatmaq hər birimizin ali borcdur.

Lakin çox təəssüflər olsun ki, Tofiq Yaqublu kimi bəzi dırnaq arası müxalifət simaları var ki, bu sevginin nə olduğunu bundan sonra bir ömür belə yaşasa ona bəs etməyəcək.

Ölkəmizin həssas bir vaxtında, hər kəs bir-birinin ətrafında sıx birləşdiyi zamanda, nə qədər nankor olasan ki, Azərbaycanın uğurunu, şəhidlərmizin qanı bahasına alınan torpaqlarmızı Putinin Paşanıyanı devirmək icra planı nəticəsi kimi qiymətləndirəsən?

Mən deyərdim bu düşüncə, bu fikirlə yaşayan aparıcı muxalifət simasına həbsxana belə çox azdır.

Bunlara Azərbaycanı gözü götürməyən xarici qüvvələrin verdiyi qrantlar maraqldır. Təki öz şəxsi yaşayışları üçün xarici valuyta olsun. Tofiq Yaqublu kimi insanlar Paşinyandan qız alıb, qız da verərlər.

Paylaş