2022-ci ilin 8 ayı ilə müqayisədə 2023-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 8,7%, hərbi xidmət əleyhinə olan cinayətlər 31,9% azalıb.

Bunu Respublikanın Hərbi prokuroru Xanlar Vəliyev deyib.

O bildirib ki, qəsdən adam öldürmə cinayətləri 33,3%, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 15,2%, hərbi xidmətdən yayınma cinayətləri 42,7%, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 14,3% və özünü öldürməyə cəhd hadisələri 66,7% azalıb.

Paylaş