Bakının Nəsimi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə 3-cü mikrorayon dairəsində qeydə alınıb.

31 yaşlı Eşqin Əbilov dairədə piyadalar üçün nəzərdə tutulmayan hissədən keçərkən yıxılıb. Bu zaman dairədə hərəkətdə olan “Toyota Prius” markalı maşının sürücüsü piyadanı vurub. Yaralı hadisə şahidləri və sürücünün köməyi ilə təcili tibbi yardım briqadasına təhvil verilib.

Təcili Təxirə Salınmaz Tibbi Yardım Xidmətinin həkiminin verdiyi məlumata görə, yaralı ağır dərəcəli sərxoşdur. O, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər. Hadisəni törədən sürücünün izahatı alınıb.

Fakt üzrə araşdırma aparılır.

Paylaş