Korrupsiya.Az-ın məlumatına görə, hadisə rayonun Qanqərvənd kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşını qarşısına çıxan camışa çırpılıb.

Qəza zamanı altı nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanların adları açıqlanıb: Razim Quliyev (1982), Nemət Şirinov (1974), Uğur Mehdiyev (2005), Alisə Şirinova (1978), Mahirə Quliyeva (1954) və Əli Quliyev (2017).

Faktla bağlı araşdırma aparılır.

Paylaş