Ordubadda intihara cəhd olunub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Ordubad sakini, 1998-ci il təvəllüdlü Babək Novruz oğlu Abdullayev yaşadığı mənzildə sirkə turşusu içib.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

Paylaş