Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Laçın Eynulla oğlu Nuralı tanışı ilə dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Paylaş