Yevlaxda avtomobil aşıb.

APA xəbər verir ki, hadisə rayonun Qoyunbinəsi kəndində qeydə alınıb.

Rafiq Hüseynovun idarə etdiyi “Tofaş Şahin” markalı avtomobil idarəetmədən çıxaraq maneəyə dəyərək aşıb.

Nəticədə avtomobildə olan sərnişin, 1957-ci il təvəllüdlü Eyvaz Abbasov hadisə yerində ölüb.

Cinayət işi başlanılıb.

Paylaş