Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, qəza zamanı 1997-ci il təvəllüdlü Ramiz Səmail oğlu Sabakarov xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona açıq kəllə-beyin travması və müştərək travma diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Paylaş