Bakı şəhər sakini Bəhruz Tariyel oğlu Quliyevyaşadığı evin həyətində quraşdırılmış dəmir konstruksiyalı asılqandan bel kəməri ilə özünü asaraq intihar edib.

“Report” xəbər verir ki, ilkin araşdırma zamanı 1971-ci il təvəllüdlü B.Quliyevin əvvəllər işemik insult keçirdiyi, bununla əlaqədar bir sıra psixoloji gərginlik yaşadığı, son zamanlar isə həyatından narazı olduğu məlum olub.

Hazırda faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır

Paylaş